Azedu.az

BMU məzunu 8 nüfuzlu universitetdən qəbul alıb

Ali təhsil

2 Sentyabr 2025, 10:56
BMU məzunu 8 nüfuzlu universitetdən qəbul alıb

Bakı Mühəndislik Universitetinin (BMU) daha bir məzunu böyük uğura imza ataraq 8 nüfuzlu universitetdən qəbul alıb. Ali təhsil ocağından “Kimya müəllimliyi” (ingilis bölməsi) ixtisası üzrə bu il məzun olan Aynurə Məmmədova Amerikanın Northeastern, İtaliyanın Genova, Padova, Messina, Macarıstanın Debrecen, MATE (Kənd Təsərrüfatı və Təbiət Elmləri), Latviyanın Riqa Texniki və Litvanın Kaunas Texnologiya universitetlərində magistratura səviyyəsi üzrə təhsil almaq hüququ əldə edib.

Bu barədə AzEdu.az-a BMU-dan məlumat verilib.


BMU məzununun seçimi İtaliyanın Padova Universitetinin “Sustainable Chemistry and Technologies for Circular Economy” ixtisası olub (illik təqaüd 8000 avro). Tələbəlik dövründə fəallığı ilə seçilən Aynurə Məmmədova iki dəfə BMU rektoru tərəfindən universitetin ictimai və sosial həyatındakı səmərəli fəaliyyətinə görə fəxri fərmanla təltif olunub. Həmçinin, “Enactus Azərbaycan”da komanda rəhbəri kimi universiteti təmsil edib. Bundan başqa, startap layihəsi “TUSİ (2)” inkubasiya proqramında 181 layihə arasında uğur qazanıb.

Biz müharibəyə hazırlaşırıq! - Prezident SƏFƏRBƏRLİK ELAN ETDİ
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox