Azedu.az

Xəzər Universitetinin yeni korpusunda bu ixtisas tədris olunacaq - EKSKLÜZİV

Ali təhsil

22 Avqust 2025, 11:03
Xəzər Universitetinin yeni korpusunda bu ixtisas tədris olunacaq - EKSKLÜZİV

Xəzər Universiteti infrastrukturu genişləndirmək məqsədilə Buzovna qəsəbəsində 27 hektarlıq ərazi əldə edərək yeni korpusun tikintisinə başlayıb.

Korpusun tikilib istifadəyə verilməsi nə zamana planlaşdırılır?

Mövzu ilə bağlı AzEdu.az Xəzər Universitetinə sorğu ünvanlayıb.

Universitetdən sorğumuza cavab olaraq bildirilib ki, korpusun təmirinə iyun ayında başlanılıb:

Korpusun noyabr–dekabr aylarında tamamlanması nəzərdə tutulur. Hazırda orada Baytarlıq fakültəsinin tədrisi planlaşdırılır. Eyni zamanda, korpusda Baytarlıq klinikası da fəaliyyət göstərəcək", - deyə universitetdən məlumat verilib.

Zelenski Krımı geri qaytarır - Ordusuna ƏMR VERDİ: Rusları çıxarın!
Son xəbərlərDaha çox