Azedu.az

İNHA Universitetinin müəllimi: “BMU-da tələbələrlə işləmək mənim üçün dəyərli təcrübədir”

Ali təhsil

20 Avqust 2025, 12:45
İNHA Universitetinin müəllimi: “BMU-da tələbələrlə işləmək mənim üçün dəyərli təcrübədir”

“Bakı Mühəndislik Universitetində (BMU) tələbələrlə işləmək mənim
üçün olduqca faydalı və dəyərli bir təcrübədir”.

AzEdu.az xəbər verir ki, bunu İNHA Universitetinin müəllimi Hyo Joon An deyib. 

BMU-da tədrisi Koreya (Cənubi) Respublikası İNHA Universitetinin professor-müəllim heyəti tərəfindən aparılan “Yay məktəbi”ndə  azərbaycanlı tələbələrə “Genişləndirilmiş struktur analizi” fənnini tədris edən Hyo Joon An bildirib ki, bu dərsdə o, tələbələrə struktur və təhlükəsizlik haqqında bilikləri öyrədir.

“Burada BMU tələbələrinin inşaat mühəndisliyi və digər ixtisaslarda çox yaxşı təcrübəsi olduğunu görürəm. Bu fənni tələbələrə tədris etdiyim üçün çox sevincliyəm. Uğurlu əməkdaşlıq həm İNHA Universiteti, həm də Bakı Mühəndislik Universiteti üçün çox dəyərli bir imkandır”-deyə koreyalı müəllim qeyd edib (//www.youtube.com/watch?v=T_vRRpTMmss) 3 həftəlik yay tədris prosesi BMU ilə İNHA arasında həyata keçirilən tam dövlət təqaüdlü ikili diplom proqramının tərkib hissəsidir. Builki “Yay məktəbi”nə İNHA Universitetinin 15 nəfər professor-müəllim heyəti cəlb olunub.

Biz müharibəyə hazırlaşırıq! - Prezident SƏFƏRBƏRLİK ELAN ETDİ
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox