Azedu.az

ADNSU tələbələri beynəlxalq yay düşərgəsində iştirak ediblər

Ali təhsil

18 Avqust 2025, 17:15
ADNSU tələbələri beynəlxalq yay düşərgəsində iştirak ediblər

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə 21-26 iyul tarixlərində keçirilən “Kiber yay məktəbi 2025” beynəlxalq yay düşərgəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri – Adilə Cəfərova, Famil Gulmammadov və Fidan Allahverdiyeva fəal iştirak ediblər.

Universitetdən AzEdu.az-a bildirilib ki, artıq üçüncü dəfə baş tutan bu düşərgə kibertəhlükəsizlik sahəsinə maraq göstərən yeniyetmə və gənclər üçün unikal təcrübə mühitidir.

Altı gün ərzində iştirakçılar kibertəhlükəsizlik üzrə yerli və xarici mütəxəssislərdən təlimlər alıb, həmçinin master-klaslar və ekspertlərlə görüşlərdə iştirak ediblər.

Qeyd edək ki, düşərgənin məqsədi kibertəhlükəsizlik sahəsində istedadlı gənclərin üzə çıxarılması, onların ixtisaslaşmasına dəstək verilməsi, eləcə də ölkə daxilində və beynəlxalq səviyyədə dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsidir.

Biz müharibəyə hazırlaşırıq! - Prezident SƏFƏRBƏRLİK ELAN ETDİ
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox