Azedu.az

Koreyalı müəllim BMU tələbələrinin biliklərini yüksək qiymətləndirib

Ali təhsil

18 Avqust 2025, 15:23
Koreyalı müəllim BMU tələbələrinin biliklərini yüksək qiymətləndirib

“Bakı Mühəndislik Universitetində (BMU) tələbələrlə işləməkdənolduqca məmnunam”.Bunu İNHA Universitetinin Süni İntellekt Departamentinin əməkdaşıYo Sung Kimb vurğulayıb O, BMU-da tədrisi Koreya (Cənubi) Respublikası İNHA Universitetinin professor-müəllim heyəti tərəfindən aparılan “Yayməktəbi”ndə “Maşın öyrənməyə giriş” fənni üzrə dərs deyib.

Bu barədə AzEdu.az-a BMU-dan məlumat verilib.

Koreyalı müəllim fənn çərçivəsində tələbələrə maşın öyrənmənin gələcəkdə niyə vacib olduğunu aşıladığını, tələbələrə dəyərli biliklər vermək üçün əlindən gələni etdiyini bildirib. Bütövlükdə tələbələrin səviyyəsini yüksək qiymətləndirən Yo Sung Kimb “Yay məktəbi”nin müsbət tərəflərini qeyd edib ( //www.youtube.com/watch?v=TgG819ghuCI ) BMU ilə İNHA arasında gerçəkləşdirilən ikili diplom proqramı çərçivəsində keçirilən və akademik ilin davamı olan yay tədris prosesi 3 həftə davam edir.

Builki “Yay məktəbi”nə İNHA Universitetinin 15 nəfər professor-müəllim heyəti qatılıb.

Biz müharibəyə hazırlaşırıq! - Prezident SƏFƏRBƏRLİK ELAN ETDİ
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox