Azedu.az

UNEC-in məzunu ABŞ universitetinin təqaüdünü qazanıb

Ali təhsil

4 İyul 2025, 15:56
UNEC-in məzunu ABŞ universitetinin təqaüdünü qazanıb

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının məzunu Rüstəm Diniyev ABŞ-də magistr təhsili və təqaüd hüququ qazanıb.

Universitetdən AzEdu.az-a bildirilib ki, Rüstəm Diniyev ABŞ-nin Tennessee ştatında yerləşən Orta Tennessi Dövlət Universitetində (Middle Tennessee State University) "Məlumat sistemləri – layihə idarəçiliyi istiqaməti) üzrə magistratura proqramına qəbul olub və illik 12.000 ABŞ dolları məbləğində təqaüdə layiq görülüb.

Rüstəm Diniyev Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında “Biznesin idarə edilməsi” ixtisası üzrə bakalavr təhsili alıb.

300 min azərbaycanlı Ermənistana qayıdacaq - KRİTİK ANONS
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox