Azedu.az

LDU-da neçə tələbə qırmızı diplomla məzun olub?  - SORĞU

Ali təhsil

3 İyul 2025, 11:43
LDU-da neçə tələbə qırmızı diplomla məzun olub?  - SORĞU

Artıq ölkənin bir çox ali təhsil müəssisələrində 2024/2025-ci tədris ili başa çatmaq üzrədir. Hər il olduğu kimi bu il də yüzlərlə tələbə universitetlə vidalaşaraq məzun adını qazanıb. Onlar içərisində fərqlənmə diplomu ilə bitirənlər də yer alır.

Bəs, bu il neçə tələbə fərqlənmə diplomu ilə ali təhsilini başa vurur?

Mövzu ilə bağlı AzEdu.az Lənkəran Dövlət Universitetinə (LDU) sorğu ünvanlayıb.

Universitetdən sorğumuza cavab olaraq bildirilib ki, LDU-da bakalavr səviyyəsi üzrə 1, magistratura səviyyəsi üzrə isə 11 məzun universiteti fərqlənmə diplomu ilə bitirib.

300 min azərbaycanlı Ermənistana qayıdacaq - KRİTİK ANONS
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox