Azedu.az

“Bu il 63 mindən çox tələbə ali təhsili başa vurur”- İdris İsayev

Ali təhsil

1 İyul 2025, 19:01
“Bu il 63 mindən çox tələbə ali təhsili başa vurur”- İdris İsayev

“Bu il ölkəmizin ali təhsil müəssisələrini 63 mindən artıq tələbə bitirir”.

AzEdu.az xəbər verir ki, bu fikirləri Elm və Təhsil nazirinin müavini İdris İsayev Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Məzun Günü tədbirində çıxışı zamanı bildirib.

“İlk növbədə, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adından hər birinizi salamlayıram.

Əziz məzunlar, bu gün Məzun Günüdür. Bu münasibətlə sizi səmimi qəlbdən təbrik edirəm. Məlumat üçün qeyd etmək istəyirəm ki, bu il ölkəmizin ali təhsil müəssisələrini 63 mindən artıq tələbə bitirir. Sizin timsalınızda bütün məzunları təbrik edirəm və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram.

Bu gün siz həyatınızın yeni bir mərhələsinə qədəm qoyursunuz. Ali təhsil müəssisəsində qazandığınız bilik və bacarıqlar sizin gələcək həyatınızda dayaq olacaqdır. Çünki bilik və bacarıq gələcəyin açarıdır.

Bəziləriniz təhsilin növbəti pilləsində - magistratura və doktorantura səviyyəsində – təhsilini davam etdirəcək. Bəziləriniz isə əmək fəaliyyətinə başlayacaq. Amma unutmayın ki, öyrənmək və inkişaf daimidir. Biz sürətlə dəyişən dünyada yaşayırıq və bu dəyişikliklər sizdən daim uyğunlaşmanı tələb edəcək”, - deyə nazir müavini vurğulayıb.

300 min azərbaycanlı Ermənistana qayıdacaq - KRİTİK ANONS
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox