Azedu.az

Universitetlərimizin mövqeyinin yaxşılaşmasında müsbət dinamika var

Ali təhsil

10 İyun 2025, 12:56
Universitetlərimizin mövqeyinin yaxşılaşmasında müsbət dinamika var

“Ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdəki mövqelərinin yüksəldilməsi istiqamətində artıq ciddi irəliləyiş müşahidə olunur”. 

AzEdu.az xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova ASAN TV-də yayımlanan "QəbuldASAN" verilişində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan dövlətinin ali təhsil müəssisələri qarşısında müəyyən etdiyi konkret hədəflər mövcuddur:

“Strategiyada qeyd olunub ki, qlobal reytinqlərdə, yəni “TOP 800” siyahısında  ən azı üç ali təhsil müəssisəmiz yer almalıdır. Lakin biz bu yolu seçmişik ki, yalnız üç universitet deyil, bütün ali təhsil müəssisələrimizin beynəlxalq reytinqlərdə mövqeyi yaxşılaşsın. Artıq bu istiqamətdə müsbət dinamika var”.

Agentlik direktoru əlavə edib ki, universitetlərdə beynəlxalq reytinq meyarları ilə işləyən ixtisaslaşmış komandalar formalaşdırılıb. Onun fikrincə, bu reytinqlər ali təhsil müəssisələrinin fəaliyyətini kifayət qədər obyektiv şəkildə qiymətləndirir.

“Bu günə qədər əsasən Bakı Dövlət Universiteti, eləcə də müəyyən dövrlərdə Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti qlobal reytinqlərdə yer alıb. Artıq qlobal reytinqlərdə yer alan universitetlərimizin sayı ona yaxınlaşır.

Bu, öz-özlüyündə böyük nailiyyətdir”, – deyə Ülkər Səttarova əlavə edib.

O qeyd edib ki, universitetlərin yeni beynəlxalq reytinq nəticələri bu il iyunun 19-da açıqlanacaq.

300 min azərbaycanlı Ermənistana qayıdacaq - KRİTİK ANONS
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox