Azedu.az

Bu universitet əməkdaşlarını 250 manatla sevindirdi

Ali təhsil

5 İyun 2025, 15:48
Bu universitet əməkdaşlarını 250 manatla sevindirdi

Mingəçevir Dövlət Universitetinin (MDU) əməkdaşlarına Qurban bayramı münasibətilə birdəfəlik mükafat verilib.

AzEdu.az xəbər verir ki, Qurban bayramı münasibətilə Mingəçevir Dövlət Universitetinin (MDU) rektorunun əmri ilə bütün əməkdaşlara (əvəzçilik və saat hesabı ilə çalışanlar istisna olmaqla) 250 manat məbləğində birdəfəlik mükafat ödənilib.

MDU-nun rektoru Anar Eminov özünün sosial şəbəkə hesabında paylaşım edərək, bayram münasibətilə universitet kollektivi, tələbələr və ümumilikdə təhsil ictimaiyyətini təbrik edib.

Zelenski Krımı geri qaytarır - Ordusuna ƏMR VERDİ: Rusları çıxarın!
Son xəbərlərDaha çox