Azedu.az

İtaliyada universitetdə güclü yanğın

Ali təhsil

4 İyun 2025, 16:34
İtaliyada universitetdə güclü yanğın

İtaliyanın Viterbo şəhərində Tuscia universitetində güclü yanğın baş verib.

AzEdu.az “L'Unione Sarda” portalına istinadən xəbər verir ki, yanğın universitetin hazırda təmir işləri aparılan kənd təsərrüfatı fakültəsinin dam hissəsində qeydə alınıb. 

Hadisə nəticəsində damda işləyən işçilərdən biri itkin düşüb. Hazırda onun axtarışları davam etdirilir. 

Eyni zamanda, tələbə və müəllimlər universitetdən təxliyə edilib. Yanğının başqa binaya da keçdiyi qeyd olunub. 

Zelenski Krımı geri qaytarır - Ordusuna ƏMR VERDİ: Rusları çıxarın!
Son xəbərlərDaha çox