Azedu.az

BMU tələbələrinin layihəsi finala vəsiqə qazanıb

Ali təhsil

29 May 2025, 14:01
BMU tələbələrinin layihəsi finala vəsiqə qazanıb

Bakı Mühəndislik Universiteti (BMU) tələbələrindən ibarət “Son Ordu” komandasının “Smart Jaket” layihəsi FİCS (Future Innovation and Creativity Seminar) beynəlxalq startap müsabiqəsinin Azərbaycan mərhələsində 63 komanda arasından seçilərək finala yüksəlib. 

BMU-dan AzEdu.az-a bildirilib ki, Azərbaycan Texniki Universitetində ikinci dəfə baş tutan müsabiqə Pakistanın NUST (National University of Sciences and Technology) universiteti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir və regionun ən böyük innovasiya platformalarından biri hesab olunur. Müsabiqəyə bu il Azərbaycandan və Orta Asiya ölkələrindən olan universitetləri təmsil edən komandalar qatılıb.

BMU tələbələri – Əbdürrəhman Heydərli (“Elektrik və elektronika mühəndisliyi”, IV kurs), Əlövsət Sadıqlı və Məhəmməd Səmədli (“Sənaye mühəndisliyi”, III kurs), eləcə də magistrant Aişə Malikin (“Biznes idarəçiliyi və maliyyə”) birgə hazırladığı “Smart Jaket” layihəsi, əsasən gözdən əlil şəxslərin açıq havada təhlükəsiz və müstəqil şəkildə hərəkət etməsini təmin etmək üçün hazırlanıb. Gödəkçəyə süni intellektə əsaslanan insan tanıma sistemi, müxtəlif məsafə və ətraf mühit sensorları inteqrasiya olunub. Layihə, həm texnoloji yenilikçiliyi, həm də sosial faydalılığı ilə münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və BMU komandası finalda çıxış etmək hüququ qazanıb. 

Müsabiqənin final mərhələsi Pakistanın İslamabad şəhərində keçiriləcək.

TƏCİLİ! Rusiyada panika yaşanır - Dəmiryol stansiyası partladıldı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox