Azedu.az

Xəzər Universitetində dava düşdü - Tələbə BIÇAQLANDI - VİDEO

Ali təhsil

29 May 2025, 12:22
Xəzər Universitetində dava düşdü - Tələbə BIÇAQLANDI - VİDEO

Xəzər Universitetində tələbəni bıçaqlayan şəxs saxlanılıb.

AzEdu.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.

O qeyd edib ki, mayın 29-da Nizami rayonu ərazisində 20 yaşlı şəxsə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

"Əməli törətməkdə şübhəli bilinən həmyaşıdı F.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır", - qurum rəsmisi deyib.

 

 

12:13

Xəzər Universitetində tələbələr arasında dava düşüb.

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, tələbələrdən biri digərini bıçaqlayıb.

Hadisə yerinə təcili yardım qrupu və polis əməkdaşları cəlb edilib.

Yaralı tələbənin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Türkiyədən Azərbaycanla bağlı daha bir biabırçı açıqlama
Son xəbərlərDaha çox