Azedu.az

LDU-da vergilər mövzusunda olimpiada keçirilib

Ali təhsil

28 May 2025, 10:58
LDU-da vergilər mövzusunda olimpiada keçirilib

Dövlət Vergi Xidmətinin müvafiq əmri ilə təsdiq olunmuş “Müasir Vergi Orqanlarınınn” yaradılmasının 25 illiyi ilə əlaqədar görüləcək işlərlə bağlı “Tədbirlər Planı”na uyğun olaraq 2025-ci ilin yanvar-iyun aylarında tələbələr arasında “Vergilər” mövzusunda ümumirespublika olimpiadasının keçirilməsi planlaşdırılıb.

 

AzEdu.az xəbər verir ki, tədbirlər Planına uyğun olaraq Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi və İnsan resursları baş idarəsi Lənkəran Dövlət Universiteti ilə birgə 27 may 2025-ci il tarixində LDU-nun “İqtisadiyyat və idarəetmə” fakültəsinin “İqtisadiyyat”, “Mühasibat”, “Menecment”, “Beynəlxalq ticarət və logistika” ixtisasının tələbələri arasında vergilər mövzusunda olimpiadanın I mərhələsini keçirib.


İlk beşliyə daxil olan tələbələr olimpiadanın yekun mərhələsinə keçid hüququ qazanıb.

TƏCİLİ! Rusiyada panika yaşanır - Dəmiryol stansiyası partladıldı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox