Azedu.az

UNEC-in magistratura təhsili üzrə yeni hədəfləri var

Ali təhsil

23 May 2025, 14:28
UNEC-in magistratura təhsili üzrə yeni hədəfləri var

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni tədris ilində magistratura səviyyəsinə qəbulla bağlı qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə rektor, professor Ədalət Muradov, dekanlar və aidiyyəti struktur rəhbərlərinin iştirakı ilə görüş keçirilib.

AzEdu.az xəbər verir ki, görüş zamanı Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində 57 ixtisaslaşmaya, UNEC Biznes Məktəbində MBA proqramı çərçivəsində 17 ixtisaslaşmaya qəbulun aparılacağı qeyd edilib. Həmçinin bəzi ixtisaslaşmalarda yeniliklərin olduğu diqqətə çatdırılıb.

Bildirilib ki, UNEC-də magistratura təhsili almaq istəyənlər üçün geniş imkanlar mövcuddur. Əmək fəaliyyəti ilə məşğul olanlara təhsil almaq imkanı yaradılması məqsədilə dərslərin axşam saatlarında təşkil edildiyi, bir sıra ixtisaslaşmaların beynəlxalq akkreditasiyadan keçdiyi, MBA proqramı tələbələrinin isə ACCA fənlərindən azad edildiyi vurğulanıb.

Görüşdə UNEC-in magistratura proqramlarının üstünlüklərinin, ixtisaslaşmalarla bağlı yeniliklərin geniş ictimaiyyətə çatdırılması, eləcə də magistraturaya qəbulda cəlbediciliyinin artırılması məqsədilə təkliflər səsləndirilib və onların həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb.

TƏCİLİ! Rusiyada panika yaşanır - Dəmiryol stansiyası partladıldı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox