Azedu.az

ADNSU tələbələri rəqəmsal təhlükəsizlik üzrə bilikləndirilib

Ali təhsil

21 May 2025, 11:20
ADNSU tələbələri rəqəmsal təhlükəsizlik üzrə bilikləndirilib

Mayın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Karyera Mərkəzinin, universitetdə fəaliyyət göstərən Cyber Clubun və Azərbaycan Beynəlxalq Bankının birgə təşkilatçılığı ilə “Rəqəmsal maliyyə həllərinin inkişafı və kibertəhlükəsizliyin gücləndirilməsi” mövzusunda maarifləndirici infosessiya keçirilib.

Universitetdən AzEdu.az-a bildirilib ki, tədbirdə Azərbaycan Beynəlxalq Bankının İnformasiya Təhlükəsizliyi Departamentinin nümayəndəsi çıxış edərək rəqəmsal maliyyə ekosistemində təhlükəsizlik məsələlərinin əhəmiyyəti, bank sistemində tətbiq olunan müasir texnologiyalar və risklərin idarə olunması barədə ətraflı təqdimatla iştirakçılara məlumat verib.

Sessiya zamanı tələbələr mütəxəssislə interaktiv müzakirə aparmaq, suallarını səsləndirmək və sahə üzrə praktiki biliklər əldə etmək imkanı qazanıblar.

TƏCİLİ! Rusiyada panika yaşanır - Dəmiryol stansiyası partladıldı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox