Azedu.az

BMU-da “Dizayn” ixtisası tələbələrinin sərgisi

Ali təhsil

20 May 2025, 15:57
BMU-da “Dizayn” ixtisası tələbələrinin sərgisi

Bakı Mühəndislik Universitetində (BMU) Memarlıq və inşaat fakültəsi “Dizayn” ixtisası tələbələrinin növbəti sərgisi keçirilib. Sərgidə Dizayn kafedrasının baş müəllimi Lalə Sadıxovanın rəhbərliyi altında I və II kurs tələbələrinin rəsm, rəngkarlıq və interyer-ekstryer dizayn mövzularında yaratdıqları layihələr nümayiş etdirilib.

Bu barədə AzEdu.az-a BMU-dan məlumat verilib.

Tələbələr iki semestr ərzində hazırladıqları masaüstü kompozisiyalar, həndəsi fiqurlar və dizayn layihələri vasitəsilə öz yaradıcılıq bacarıqlarını, müxtəlif dizaynlara uyğun yanaşmalarını ortaya qoyublar. Tədbirdə bildirilib ki, bu cür sərgilər tələbələrin yaradıcılıq potensialının inkişafı, onları peşəkar sahəyə hazırlamaq və innovativ üslublara təşviq etmək baxımından böyük əhəmiyyət daşıyır. Eyni zamanda tələbələrin yaradıcı ideyalarının, təşəbbüslərinin hər zaman dəstəkləndiyi və gələcəkdə daha geniş layihələrin təşkilinin planlaşdırıldığı vurğulanıb.

Sərgi ilə tanışlıq zamanı müəllimlər tələbələrin əl işlərini qiymətləndirib və onlara gələcək layihələrdə uğurlar arzulayıblar. Sonda tələbələrə sertifikatlar təqdim olunub.

TƏCİLİ! Rusiyada panika yaşanır - Dəmiryol stansiyası partladıldı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox