Azedu.az

ADNSU-da “Brain Ring” intellektual yarışı keçirilib

Ali təhsil

17 May 2025, 10:09
ADNSU-da “Brain Ring” intellektual yarışı keçirilib

Mayın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin və “Maqnat” İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik” ilinə həsr olunmuş 19-cu Fakültələrarası “Brain Ring” intellektual yarışı keçirilib.

ADNSU-dan AzEdu.az-a bildirilib ki, yarışda 7 fakültənin, SABAH qruplarının, BA proqramlarının və universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetindən ümumilikdə 18 komandadan ibarət tələbələr iştirak ediblər.

Bilik yarışında Kimya texnologiya fakültəsi birinci yeri tutaraq qalib adını qazanıb. Qaz-neft-mədən fakültəsi ikinci, İnformasiya texnologiyaları və idarəetmə fakültəsi isə üçüncü yerə layiq görülüb.

ADNSU-nun rektoru, dosent Rüfət Əzizov qalib komandaları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda yarışın qaliblərinə kubok, medal və hədiyyələr təqdim olunub.

Türkiyədən Azərbaycanla bağlı daha bir biabırçı açıqlama
Son xəbərlərDaha çox