Azedu.az

ARTİ və ACER arasında Anlaşma Memorandumu imzalanıb

Ali təhsil

15 May 2025, 12:55
ARTİ və ACER arasında Anlaşma Memorandumu imzalanıb

6 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) ilə Avstraliya Təhsil Tədqiqatları Şurası (ACER) arasında İstanbulda əməkdaşlıq haqqında memorandumun imzalanması mərasimi keçirilib. 

ARTİ-dən AzEdu.az-a bildirilib ki, Təhsil İnstitutunun direktoru səlahiyyətlərini icra edən Elnur Əliyev və ACER-in icraçı direktoru Liza Rodcers tərəfindən imzalanan memorandumun əsas məqsədi iki qurum arasında təhsilin inkişafı istiqamətində geniş əməkdaşlıq imkanları yaratmaqdır.

Görüşdə məzmun, qiymətləndirmə, təhsil tədqiqatları ilə bağlı təcrübə mübadiləsi və əməkdaşlıq istiqamətində geniş müzakirə aparılıb.

Qeyd edək ki, ACER qiymətləndirmə, tədqiqat və təhsil siyasəti sahələrində beynəlxalq təcrübəyə malik müstəqil, qeyri-kommersiya təşkilatıdır. Təşkilat həmçinin İƏİT-in Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı – PISA 2025-in hazırlanması və həyata keçirilməsinə rəhbərlik edir.

TƏCİLİ! Rusiyada panika yaşanır - Dəmiryol stansiyası partladıldı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox