Azedu.az

BMU-da karyera təlimi baş tutub

Ali təhsil

22 Aprel 2025, 14:59
BMU-da karyera təlimi baş tutub

Bakı Mühəndislik Universitetində (BMU) Müəssisələrlə əlaqələr və karyera mərkəzi və Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində “Karyera klubu”nun birgə təşkilatçılığı ilə “Karyera planlaşdırması” mövzusunda təlim keçirilib.  

Universitetdən AzEdu.az-a verilən məlumata görə, Memarlıq və inşaat fakültəsinin tələbələri üçün təşkil olunan təlimdə “PMD Projects” MMC-nin İnsan resursları şöbəsinin rəhbəri Rizvan Əliyev effektiv karyera planlamasının zamanı, iş hədəflərinə çatmaq üçün atılacaq ilk addımlar haqqında tələbələrə geniş məlumat verib. Düzgün karyera planlaşdırmağın vacib şərt olduğunu önə çəkən təlimçi, həmçinin strateji karyera yüksəlişi üçün fərdin öz inkişafında diqqət yetirməsi vacib cəhətləri qeyd edib. O, eləcə də iş həyatına başlarkən əmək bazarının tələblərinin öyrənilməsinin vacibliyini bildirib.

Təlim zamanı işə qəbul proseduru, CV-nin  hazırlanması, müsahibə mərhələsinin qaydaları da ətraflı izah olunub.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TƏCİLİ! Rusiyada panika yaşanır - Dəmiryol stansiyası partladıldı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox