Azedu.az

UNEC tələbələri ilə "Karyerada əlillik" mövzusunda görüş keçirilib

Ali təhsil

22 Aprel 2025, 14:19
UNEC tələbələri ilə "Karyerada əlillik" mövzusunda görüş keçirilib

UNEC-in Karyera Planlaması Kafedrasının təşkilatçılığı ilə Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialının peşəkar karyera məsləhətçisi və fərdi inkişaf mentor olan Xanoğlan Sadıqın tələbələrlə “Karyerada əlillik” mövzusunda görüşü baş tutub.

Bu barədə “Azərbaycan müəllimi”nə UNEC-dən məlumat verilib. Belə ki, görmə məhdudiyyətinə baxmayaraq, uğurlu karyera yoluna sahib olan Xanoğlan Sadiq öz şəxsi həyat hekayəsini tələbələrlə bölüşərək, onlara real həyat nümunəsi üzərindən motivasiya və yönləndirici tövsiyələr verib.

AzEdu.az xəbər verir ki, görüş zamanı o, karyerasını necə qurduğunu, çətinlikləri fürsətə necə çevirdiyini və şəxsi həyatınanecə tam nəzarət etdiyini tələbələrlə bölüşüb.

Təqdimatda aşağıdakı mövzular xüsusi diqqət mərkəzində olub:

Empatiyanın və daxili motivasiyanın gündəlikhəyatda əhəmiyyəti;
Dəyərlərin və arzuların karyera məqsədləri ilə uyğunlaşdırılması;
Fiziki məhdudiyyətlərin insanın iradə və məqsədləri qarşısında əngəl olmaması;
Qətiyyətli olmaq və öz potensialına inanmağın uğura aparan əsas yol olduğu.

Görüş zamanı tələbələrlə mövzu ilə bağlı interaktiv tapşırıqlar da yerinə yetirilib. Bu, onların öz bacarıqlarını və hədəflərini daha dərindən analiz etmələrinə şərait yaradıb.

Tədbir tələbələrin böyük marağına səbəb olub vəiştirakçılar tərəfindən yüksək qiymətləndirilib.

TƏCİLİ! Rusiyada panika yaşanır - Dəmiryol stansiyası partladıldı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox