Azedu.az

MDU rektoru şəhid məzunların ailələrini ziyarət edib

Ali təhsil

17 Aprel 2025, 10:53
MDU rektoru şəhid məzunların ailələrini ziyarət edib

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov və bir qrup əməkdaş 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn universitetin məzunları Əzəmi Hüseynov, Kənan Abdullayev və Oruc Nəcəflinin ailələrini ziyarət edib.

Universitetdən AzEdu.az-a bildirilib ki, görüş zamanı şəhid məzunlar haqqında xatirələrdən danışılıb. Onların vətənpərvərliyi, fədakarlığı və qəhrəmanlığı yüksək dəyərləndirilib. Bildirilib ki, şəhid məzunların əziz xatirəsi universitetdə hər zaman yad olunacaq. Şəhid ailələrinin daim dövlətin diqqət mərkəzində olduğu da xüsusi vurğulanıb.

Şəhid məzunların ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər.

TƏCİLİ! Rusiyada panika yaşanır - Dəmiryol stansiyası partladıldı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox