Azedu.az

UNEC-in 3 komandası “BRAND BOOM” marketinq müsabiqəsinin qalibi olub

Ali təhsil

4 Aprel 2025, 10:28
UNEC-in 3 komandası “BRAND BOOM” marketinq müsabiqəsinin qalibi olub

“Azərsun Holding”in təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq təşkil olunan “BRAND BOOM” marketinq müsabiqəsində UNEC-in tələbələri böyük uğura imza atıblar. 

Bu barədə AzEdu.az-a UNEC-dən məlumat verilib.

Belə ki, gənclərin marketinq sahəsində bacarıqlarını inkişaf etdirmək və onları real biznes mühitinə hazırlamaq məqsədi ilə keçirilən müsabiqədə UNEC-in üç komandası qalib olub.

I yerə UNEC-in SABAH Mərkəzinin tələbələri Nərgiz Tarverdiyeva, Mədinə İbadzadə və Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin (BMDM) tələbəsi Ülviyyə Əliyevadan ibarət olan “TRUE MUN” komandası layiq görülüb. Qalib komanda 3500 AZN məbləğində pul mükafatı qazanıb.

III yerin sahibi isə UNEC-in Rus İqtisad Məktəbinin tələbələri Rüfət Hüseynzadə, Əfşan İbrahimzadə və Rəfael Məcidovdan ibarət “R.A.R. CREW” komandası olub. Bu komanda 1500 AZN mükafatla təltif olunub.

 

Bundan əlavə, “Jüri simpatiyası” nominasiyası üzrə qalib gələn “Spark” komandası da müsabiqədə fərqlənib. Komandanın üzvləri UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbələri – Nihad Cəfərzadə, Bayram Fətullayev və Aygün Qarayevadır.

 

TƏCİLİ! Rusiyada panika yaşanır - Dəmiryol stansiyası partladıldı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox