Azedu.az

Tələbə oxumaq istəmirsə, məzun olmasına imkan verilməsin!

Ali təhsil

3 Aprel 2025, 13:08
Tələbə oxumaq istəmirsə, məzun olmasına imkan verilməsin!

“Əgər tələbə oxumaq istəmirsə, universitet onun məzun olmasına imkan verməməlidir”.

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli İTV-nin “Sabaha saxlamayaq” proqramında səsləndirib. 

Onun sözlərinə görə, Azərbaycanda belə bir fikir formalaşıb ki, tələbə mütləq universiteti bitirməlidir. Halbuki dünya universitetlərində qəbul olan tələbələrin ən azı 30 faizi məzun ola bilmir. Azərbaycanda isə bu göstərici cəmi 2-3 faizdir.  

“Universitet selektiv yer deyil. O, öz tələbəsini əmək bazarına buraxmaq üçün seleksiyadan keçirmir. Tələbə universitetə daxil olubsa, onun məktəbi bitirməsi üçün çalışılır. Amma tələbə əmək bazarı üçün və ya ümumiyyətlə, oxumaq üçün yararlı deyilsə, universitet onu sıxışdırıb aradan çıxarmalıdır”, – deyə Nicat Məmmədli vurğulayıb.

TƏCİLİ! Rusiyada panika yaşanır - Dəmiryol stansiyası partladıldı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox