Azedu.az

İranda 100-dən çox tələbə zəhərlənib

Ali təhsil

27 Yanvar 2025, 14:12
İranda 100-dən çox tələbə zəhərlənib

Tehranda 101 nəfər tələbə balıq konservindən zəhərlənib.

AzEdu.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə Tehran vilayətinin fövqəladə hallarının sözçüsü Şervin Təbrizi bildirib.

Onun sözlərinə görə, “Fərhəngian” Universitetində zəhərlənən tələbələrinin sayı 101 nəfərə çatıb, onlardan 60 nəfəri xəstəxanaya yerləşdirilib.

Zəhərlənməyə səbəb tuna balığı konservi olub.

Rusiyada səfərbərlik başlayır! Azərbaycanlılara kritik xəbərdarlıq
Son xəbərlərDaha çox