Azedu.az

Bakıda yeni universitet binaları tikilir

Ali təhsil

9 Yanvar 2025, 09:41
Bakıda yeni universitet binaları tikilir

Bakının Nərimanov rayonu ərazisində yerləşən məşhur “Şuşa” restoranı və ətrafındakı bir sıra obyektlər sökülür.

AzEdu.az Qafqazinfo-ya istinadən xəbər verir ki, sökülən ərazidə ADA Universitetinin baş planı əsasında böyük layihə gerçəkləşdiriləcək.

ADA universitetinin kampusunda yerləşən və öncədən təməli qoyulan İtaliya-Azərbaycan Universiteti də burada fəaliyyət göstərəcək. 

Şəhriyar parkında da yenidənqurma işləri aparılacaq. Parkın yay aylarında sakinlərin istifadəsinə veriləcəyi gözlənilir. 

Layihədə 4 nömrəli şəhər poliklinikasının da tarixi binasının bərpası nəzərdə tutulub. Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının da Şəhriyar Parkına köçürülməsi təklif olunur.

TƏCİLİ! Moskvada gərginlik - Ukraynadan ard-arda ağır zərbələr
Son xəbərlərDaha çox