“Qərb universitetlərindəki texnopark modelinə uyğun strukturların bizim universitetlərdə də yaradılması çox faydalı olardı. Amma bu, yalnız formal xarakter daşımamalıdır, real fəaliyyətə əsaslanmalıdır. Əgər belə imkan yaradılsa, alimlər və tələbələr birgə işləyər, ideyalarını reallaşdıra və nəticələrini görmə şansı əldə edərlər”.
Azərbaycan Memarlıq və İnşaat Universitetindən verilən məlumata görə, bunu universitetin İnformasiya Texnologiyaları və Sistemləri kafedrasının müdiri, akademik Telman Əliyev deyib.
“Bu məsələ olduqca vacibdir və təhsilin səviyyəsinin yüksəldilməsi üçün prioritet olmalıdır. Universitetin bu istiqamətdə inkişafı həm tələbələrin praktiki biliklərinin artırılmasına, həm də elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsinə ciddi töhfə verə bilər”, - deyə, akademik fikirinə əlavə edib.