Azedu.az

BMU-nun 5 tələbəsi “Parla” təqaüd və inkişaf proqramının qalibi olub

Ali təhsil

25 Dekabr 2024, 13:02
BMU-nun 5 tələbəsi “Parla” təqaüd və inkişaf proqramının qalibi olub

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Elm və Təhsil Nazirliyinin nəzdində Təhsilin İnkişafı Fondu ilə “NEQSOL Holding”in birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramının qalibi olublar.

 

Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib.

Qızların şəxsi və peşəkar inkişafına xidmət məqsədi daşıyan proqrama ümumilikdə 791 nəfər müraciət edib, seçim şərtlərinə cavab verən 128 namizəd müsahibə mərhələsinə vəsiqə qazanıb. Bütün mərhələlərdən uğurla keçən 50 tələbə qız proqramın qalibi olub və  onlardan 5-i BMU-nun tələbəsidir.    

BMU-nun proqramı qazanan tələbələrindən - Zərifə Əlili  və Ləman Hüseynova “Kompüter mühəndisliyi” ixtisasının 3-cü kurs, Günay Əliyeva  “İnformasiya texnologiyaları” ixtisasının 2-ci kurs tələbələridir. Aysel Məmmədova (İnformasiya texnologiyaları, 2-ci kurs) və  Lalə Yaqubova (Elektrik və elektronika mühəndisliyi, 2-ci kurs) isə BMU ilə Koreya Respublikası arasında icra olunan beynəlxalq ikili diplom proqramı üzrə təhsil alır.

Rusiyaya yenə dağıdıcı hücumlar başladı! - Zelenski xəbərdarlıq etdi
Son xəbərlərDaha çox