Azedu.az

Azərbaycana qış gəldi

21 Dekabr 2024, 14:33
Azərbaycana qış gəldi

Azərbaycana qış fəsli qədəm qoydu.

Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından AzEdu.az-a bildirilib ki, qış fəsli Azərbaycana dekabrın 21-i saat 13:20-də daxil olub. 

Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Şimal yarımkürəsində qış, cənub yarımkürəsində isə yay fəsli başlayır. Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə) olur. Fəslin uzunluğu 88 gün 23 saat 40 dəqiqə 55 saniyə olacaq.

Azərbaycanın milyardları bu MƏMURLARIN CİBİNDƏ! - ŞOK SİYAHI
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox