Azedu.az

BMU-nun kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

Ali təhsil

12 Dekabr 2024, 17:21
BMU-nun kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

Dekabrın 12-də Bakı Mühəndislik Universitetinin (BMU) kollektivi dünya şöhrətli siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin vəfatının 21- ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.


AzEdu.az  xəbər verir ki, BMU-nun əməkdaşları müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.


Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə tər çiçəklər düzülüb.

Putin nə deyəcəyini bilmədi - Şəhərlər bombardman edilir!
Son xəbərlərDaha çox