Azedu.az

Mətnşünas alimin xatirəsinə həsr edilmiş kitab nəşr olunub

Ali təhsil

10 Dekabr 2024, 16:49
Mətnşünas alimin xatirəsinə həsr edilmiş kitab nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Multidisiplinar əlyazmaların tədqiqi şöbəsinin müdiri Elnurə Babayevanın tərtibçisi olduğu “Paşa Kərimov - 65” kitabı işıq üzü görüb.

İnstitutdan AzEdu.az-a bildirilib ki, kitab görkəmli filoloq, mətnşünas alim, ədəbiyyat tarixinin tədqiqatçısı, filologiya elmləri doktoru, dosent Paşa Kərimovun xatirəsinə həsr olunub. Kitabda alimin keçdiyi əmək və həyat yolu, onunla işləyən müasirlərinin xatirələri, elmə verdiyi töhfələr və biblioqrafiyası yer alıb.

Yeni nəşrin elmi redaktoru akademik Teymur Kərimli, naşiri Çingiz Aslanovdur.

Putin nə deyəcəyini bilmədi - Şəhərlər bombardman edilir!
Son xəbərlərDaha çox