Azedu.az

Azərbaycan Universitetində Qazaxıstanlı sosial işçilər ilə görüş keçirilib

Ali təhsil

9 Dekabr 2024, 16:01
Azərbaycan Universitetində Qazaxıstanlı sosial işçilər ilə görüş keçirilib

Azərbaycan Universitetində Qazaxıstanın Professional Sosial İşçilərinin Milli Alyansının nümayəndələri, Astana IT Universitetinin müəllimi Asem Kusmanova və L.N. Qumilyov adına Avrasiya Milli Universitetinin Sosiologiya kafedrasının dosenti Baigabylov Nurlan ilə görüş keçirilib.


Universitetdən AzEdu.az-a bildirilib ki, görüşdə Sosial işin təşkili kafedrasının müdiri Nigar Şahhüseynbəyova,
kafedranın professoru Elmar Hüseynov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova və şöbənin əməkdaşı Sevlan Qurbanova iştirak ediblər.


Görüşdə birgə layihələrin hazırlanması, tədqiqatların aparılması, tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi haqqında müzakirələr aparılıb.

Putin nə deyəcəyini bilmədi - Şəhərlər bombardman edilir!
Son xəbərlərDaha çox