Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş XI Daxili Şahmat Turniri keçirilib. “Blts sistem” üzrə keçirilən yarış tələbələrin asudə vaxtlarının səmərəli təşkili və şahmatın kütləviliyinin
artırılması məqsədilə təşkil olunub.
AzEdu.az xəbər verir ki, turnirdə iştirak edən tələbələr fərdi şəkildə mübarizə aparıblar. Universitetin baş məşqçisi Nazim Mehralıyevin hakimliyi ilə keçirilən görüşlər maraqlı, eyni zamanda gərgin mübarizə ilə yadda qalıb.
Turnirin nəticələrinə əsasən Biznes və iqtisadiyyat fakültəsinin Marketinq ixtisası üzrə təhsil alan I kurs tələbələri Cavid Qasımov birinci, Abdullah Kərim isə ikinci yerdə qərarlaşıblar. Humanitar və sosial elmlər fakültəsinin Politologiya ixtisası üzrə təhsil alan II kurs tələbəsi Üzeyir Kərimov isə üçüncü yeri tutub. Qaliblər kubok və sertifikatla mükafatlandırılıb.