Azedu.az

BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar

Ali təhsil

29 Noyabr 2024, 14:13
BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Məhəmməd Cavadzadə, Cavid Ayvazov, Əli Mehtizadə, Nihad Qasımov III Beynəlxalq Kimya Olimpiadasında uğura imza atıblar.

Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib.

Türkmənistan Respublikasının Məhtimqulu adına Türkmən Dövlət Universitetində təşkil olunan olimpiadada BMU tələbələri Azərbaycanı uğurla təmsil edib və II yerin sahibi olublar. Beynəlxalq Kimya Olimpiadasına ümumilikdə dünyanın 11 ölkəsindən 24 universitet və 211 tələbə qatılıb.

 

Putin nə deyəcəyini bilmədi - Şəhərlər bombardman edilir!
Son xəbərlərDaha çox