Azedu.az

BMU tələbələri Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edirlər

Ali təhsil

26 Noyabr 2024, 12:31
BMU tələbələri Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edirlər

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri ali məktəblər arasında keçirilən III Beynəlxalq Kimya Olimpiadasında iştirak edirlər.

 

BMU-dan AzEdu.az-a verilən məlumata əsasən, Türkmənistan Respublikasının Məhtimqulu adına Türkmən Dövlət Universitetində təşkil olunan olimpiadaya 11 ölkədən 24 universitet və 211 tələbə qatılıb.

 

BMU tələbələri (Məhəmməd Cavadzadə, Cavid Ayvazov, Əli Mehtizadə, Nihad Qasımov) universitetin professoru Namiq Şıxaliyevin rəhbərliyilə Azərbaycanı bu olimpiadada yeganə təmsil edən komandadır.

Putin nə deyəcəyini bilmədi - Şəhərlər bombardman edilir!
Son xəbərlərDaha çox