Azedu.az

BMU tələbələri Azərbaycan Metrologiya İnstitutunda infoturda

Ali təhsil

22 Noyabr 2024, 15:57
BMU tələbələri Azərbaycan Metrologiya İnstitutunda infoturda

Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə əlaqələr və karyera mərkəzinin təşkilatçılığı ilə “Sənaye mühəndisliyi”  və “Ekologiya” ixtisasları 3-cü kurs tələbələrinin Azərbaycan Metrologiya İnstitutuna təcrübə gəzintisi təşkil edilib.

Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib.

Tələbələr institutun kütlə, təzyiq, elektrik, mayelərin sıxlığı, o cümlədən yeni yaradılan həcm, radiotezlik gücünün ölçülməsi, vaxt və tezlik üzrə etalon laboratoriyalarında olublar.

İnfotur zamanı tələbələrə laboratoriyalarda görülən işlərlə bağlı nəzəri və praktiki məlumatlar verilib. 

Rusiyanın Ermənistandakı bazası vurulacaq! ŞOK XƏBƏRDARLIQ
Son xəbərlərDaha çox