Azedu.az

Azərbaycan Universitetinin nümayəndə heyəti Polşada işgüzar səfərdədir

Ali təhsil

22 Noyabr 2024, 13:30
Azərbaycan Universitetinin nümayəndə heyəti Polşada işgüzar səfərdədir

Azərbaycan Universitetinin nümayəndə Polşanın Krakov İqtisadiyyat Universitetində işgüzar səfərdədir.

Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib.

Bildirilib ki, nümayəndə heyətində rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura mərkəzinin direktoru Nüşabə Quliyeva və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova təmsil olunur. Nümayəndə heyəti bir həftəlik səfər zamanı əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi məqsədilə müxtəlif görüşlər keçirib. Doktorantura təhsili və prosedurları mərkəzinin rəhbəri Agnieszka Gucwa ilə gələcəkdə doktorantlara ikili rəhbərlik məsələləri, MBA ofisinin rəhbəri Monika Bulsza ilə MBA sahəsində əməkdaşlıq, Dövlət idarəçiliyi məktəbinin direktoru Piotr Kopycinski ilə bu sahədə birgə layihələrin işlənməsi, Beynəlxalq Əlaqələr şöbəsinin direktor müavini Slywia Rutwoska ilə isə ikili diplom proqramı müzakirə olunub.


Nüşabə Quliyeva və Elmira İsmayılova Azərbaycan Universitetinin hazırda təhsilini Krakov İqtisadiyyat Universitetində davam etdirən magistratura tələbəsi Şaiq İsmayılov ilə də görüşüblər. Qeyd edək ki, Azərbaycan Universiteti Polşanın Krakov İqtisadiyyat Universiteti ilə “Erasmus+ KA1” layihəsi çərçivəsində əməkdaşlıq edir. Nümayəndə heyətinin işgüzar görüşləri davam edir.

TƏCİLİ! Ukrayna aman vermir - Rusiyaya ağır zərbələr endirilir
Son xəbərlərDaha çox