Azedu.az

BMU əməkdaşının COP29 pavilyonunda ekoloji startapının təqdimatı olub

Ali təhsil

18 Noyabr 2024, 16:31
BMU əməkdaşının COP29 pavilyonunda ekoloji startapının təqdimatı olub

Bakı Mühəndislik Universiteti (BMU) Elmi Tədqiqat Mərkəzinin elmi işçisi Fatma Maarifli Azərbaycanın evsahibliyi ilə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Davamlı Gələcək Platforması” pavilyonunda təsisçisi olduğu startapının təqdimatını edib.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, BMU əməkdaşının “Fosin” adlı startapı karbon qazını oksigenə çevirmə xüsusiyyətinə malikdir və iqlim dəyişikliklərinin mənfi təsirlərinə qarşı mübarizədə əhəmiyyətli rol oynaması ilə seçilir.

 

Ətraf mühitin qorunması, davamlı gələcək mövzusuna töhfə olan bu startap pavilyonu ziyarət edənlər tərəfindən maraqla qarşılanıb.

TƏCİLİ! Ukrayna aman vermir - Rusiyaya ağır zərbələr endirilir
Son xəbərlərDaha çox