Azedu.az

BDU-nun dosenti vəfat edib

Ali təhsil

16 Noyabr 2024, 13:58
BDU-nun dosenti vəfat edib

BDU-nun dosenti Feyruz Həsənov vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin Tətbiqi riyaziyyat kafedrasının dosenti Feyruz Həsənov vəfat edib.

 

Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib.

Feyruz Həsənov 1946-cı il aprelin 10-da Şamaxıda anadan olub. 1964-1969-cu illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. 1969-cu ildən AMEA-nın Kibernetika İnstitutunda əmək fəaliyyətinə başlayan Feyruz Həsənov Riyaziyyat və Mexanika İnstitutunda, BDU-nun Hesablama mərkəzində, Universitetin nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda müxtəlif vəzifələrdə çalışıb. 1997-ci ildən Fizika fakültəsinin Riyaziyyat kafedrasında baş müəllim işləyib. 2006-cı ildən Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin Tətbiqi riyaziyyat kafedrasının dosenti idi.

BDU rəhbərliyi və kollektivi dosent Feyruz Həsənovun vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar
Son xəbərlərDaha çox