Azedu.az

Şəhidlərin xatirəsi 8 Noyabr Zəfər Günündə ehtiramla anılıb

Ali təhsil

8 Noyabr 2024, 14:13
Şəhidlərin xatirəsi 8 Noyabr Zəfər Günündə ehtiramla anılıb

Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov başda olmaqla universitetin professor-müəllim, işçi heyəti 8 Noyabr Zəfər Günü münasibətilə LDU-nun I saylı tədris korpusunun həyətində bu ali təhsil ocağının şəhid tələbə və məzunlarının xatirəsinə inşa edilmiş abidənin önünə təzə-tər qərənfillər düzərək xatirələrini ehtiramla yad ediblər.

AzEdu.az xəbər verir ki, 8 Noyabr Zəfər Günündə Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov başda olmaqla universitetin professor-müəllim, işçi heyəti Lənkəran şəhərinin mərkəzində Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsinə ucaldılmış Xatirə Abidə Kompleksini də  ziyarət ediblər. Şəhid məzarlarının önünə qərənfillər düzülüb, xatirələri ehtiramla anılıb.

 Vətənimizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən bütün şəhid oğullarımıza Allahdan rəhmət diləyir, ruhları şad olsun  deyirik.

Torpaq uğrunda ölən varsa Vətəndir!

TƏCİLİ! Ukrayna aman vermir - Rusiyaya ağır zərbələr endirilir
Son xəbərlərDaha çox