Azedu.az

Şahin Bayramov Çin universitetlərinə səfər edib- FOTO

Ali təhsil

4 Noyabr 2024, 10:00
Şahin Bayramov Çin universitetlərinə səfər edib- FOTO

Qarabağ Universitetinin rektoru Şahin Bayramov Kəmər və Yol Universitetləri Alyansının (UAB&R) 2024-cü il Forumu çərçivəsində Çinin bir sıra universitetlərində olub.

Bu barədə AzEdu.az-a Qarabağ Universitetindən məlumat verilib.

Bildirilib ki, Ş.Bayramov Lanzou Universiteti, Şimal-Qərb Normal Universiteti, Lanzou Maliyyə və İqtisadiyyat Universitetinin rektorları ilə potensial əməkdaşlıq imkanlarını müzakirə edib.

Görüşlərin keçirilməsində məqsəd müxtəlif akademik sahələrdə əməkdaşlıq imkanlarını araşdırmaq, mübadilə proqramları, tədqiqat layihələri və akademik fəaliyyətlərin genişləndirilməsi üzrə strategiyaları inkişaf etdirməkdir.

Qeyd edək ki, beynəlxalq əməkdaşlığın inkişafı Qarabağ Universitetinin prioritetlərindən biridir.

TƏCİLİ! Ukrayna aman vermir - Rusiyaya ağır zərbələr endirilir
Son xəbərlərDaha çox