UNEC nəzdində Sosial İqtisadi Kollecin tələbəsi Bəhreyndə keçirilən Gimnaziadada qızıl medal qazanıb.
Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib.
Bildirilib ki,UNEC nəzdində Sosial İqtisadi Kollecin tələbəsi Nurcan Rüstəmli, Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında böyük uğura imza ataraq, qızıl medal qazanıb.
O, yeniyetmələr arasında keçirilən paraüzgüçülük yarışında rəqiblərini geridə qoyaraq, Azərbaycanın bayrağını yüksəklərə qaldırıb. Nurcan Rüstəmli bu uğura öz əzmi, gərgin zəhməti və uzunmüddətli məşqləri nəticəsində nail olub.
Qeyd edək ki, idmanla yanaşı, Nurcan dərslərində də yüksək nəticələr əldə edərək, öz sahəsi üzrə peşəkar mütəxəssis olmağı hədəfləyir.