Azedu.az

Rəssamlıq Akademiyası yağışla bağlı yaranan vəziyyətə aydınlıq gətirib – AÇIQLAMA

Ali təhsil

22 Oktyabr 2024, 14:53
Rəssamlıq Akademiyası yağışla bağlı yaranan vəziyyətə aydınlıq gətirib – AÇIQLAMA

Rəssamlıq Akademiyasından yağışlı hava şəraiti ilə əlaqədar yaranan vəziyyətə aydınlıq gətirilib.

AzEdu.az Azərbaycan müəllimi-nə istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından (ADRA) bildirilib ki, yağışın normadan artıq yağması səbəbi ilə bəzi narahatlıqlar yaranıb, lakin bu, ciddi fəsadlar baş verməyib.

“Hazırda bu narahatlıqların aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirilir. Qeyd edilib ki, yaranmış vəziyyət Azərbaycan Rəssamlıq Akademiyasının tədris prosesinə heç bir maneə törətməyib və dərslər davam edir”,  - deyə məlumatda bildirilib.

Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) binasında yağış sularının tavandan içəri axması ilə bağlı videogörüntülər yayılıb.

TƏCİLİ! Ukrayna aman vermir - Rusiyaya ağır zərbələr endirilir
Son xəbərlərDaha çox