Azedu.az

Su basan universitetin rəsmisindən AÇIQLAMA - Tələbələrin gəlişində problem yaranıb

Ali təhsil

22 Oktyabr 2024, 10:01
Su basan universitetin rəsmisindən AÇIQLAMA - Tələbələrin gəlişində problem yaranıb

Xəbər verdiyimiz kimi, Bakıda ötən gün səhər saatlarında başlayan yağıntılar universitetlərə də təsirsiz ötüşməyib.

Hava şəraiti Xəzər Universitetində bir sıra fəsadlara yol açıb.

Belə ki, universitetin yeməkxanasını su basıb. Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

Vəziyyətlə əlaqədar AzEdu.az Təhsil Portalı olaraq Xəzər Universiteti ilə əlaqə saxladıq.

Universitetdən bildirilib ki, aramsız davam edən yağış tələbələrin davamiyyətinə təsir edib:

“Müəllimlərin əksəriyyəti gəlib. Lakin tələbələrin gəlişində problem yaranıb. Saat 10-dan sonra vəziyyətin düzələcəyini ehtimal edirik”.

TƏCİLİ! Ukrayna aman vermir - Rusiyaya ağır zərbələr endirilir
Son xəbərlərDaha çox