Azedu.az

Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib

Ali təhsil

22 Oktyabr 2024, 09:15
Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib.

AzEdu.az xəbər verir ki, iclasın gündəliyində 2025/2026-cı tədris ili üçün tələbə qəbulu proqnoz layihəsinin müzakirəsi əsas məsələ kimi diqqət mərkəzində olub.

Universitetin rektoru vəzifəsini icra edən, tədris işləri üzrə prorektor Üzeyir Zeynalov, MDU-nun qarşısında qoyulan hədəflərə və tələbə qəbulu sahəsindəki mövcud tendensiyalara toxunub. O, tələbə qəbulu planı hazırlanarkən əmək bazarının tələblərinin nəzərə alındığını və ötən ilin qəbul nəticələrinin geniş şəkildə təhlil edildiyini vurğulayıb.

Elmi Şura üzvləri layihəni müzakirə edərək, qarşıdakı tədris ili üçün tələbə qəbulu proqnozunun daha dəqiq və reallığa uyğun hazırlandığını bildiriblər. 2025/2026-cı tədris ilinin tələbə qəbulu proqnozu, təkliflər nəzərə alınmaqla, təsdiq edilib.

TƏCİLİ! Ukrayna aman vermir - Rusiyaya ağır zərbələr endirilir
Son xəbərlərDaha çox