Azedu.az

Universitetə daha bir prorektor TƏYİN OLUNDU

Ali təhsil

18 Oktyabr 2024, 11:19
Universitetə daha bir prorektor TƏYİN OLUNDU

Azərbaycan Tibb Universitetinə (ATU) daha bir prorektor təyin olunub.

 

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, Nazim Pənahov tədris və müalicə işləri üzrə prorektor vəzifəsinə gətirilib.

 

Nazim Pəmahov ATU-nun ortopedik stomatologiya kafedrasının müdiridir. 

 

Universitetin tədris və müalicə işləri üzrə prorektoru vəzifəsini 2001-ci ildən Sabir Əliyev tutub. O, bir neçə gün əvvəl vəzifəsindən azad edilib.

 

Məlumatı ATU-nun mətbuat xidməti saytımıza təsdiqləyib.

 

Xatırladaq ki, bundan əvvəl tibb elmləri doktoru, radioloq Məlahət Sultanova ali təhsil müəssisəsinin elmi işlər üzrə prorektoru təyin olunub.

 

Təyinat barədə ilk xəbəri "qaynarinfo" saytı yayıb.

TƏCİLİ! Ukrayna aman vermir - Rusiyaya ağır zərbələr endirilir
Son xəbərlərDaha çox