Azedu.az

UNEC “Mükəmməl akademik performans” mükafatına layiq görülüb

Ali təhsil

16 Oktyabr 2024, 14:50
UNEC “Mükəmməl akademik performans” mükafatına layiq görülüb

UNEC “Mükəmməl akademik performans” mükafatına layiq görülüb

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) IAAR (Independent Agency for Accreditation and Rating) tərəfindən “Möhtəşəm akademik performans” mükafatına layiq görülüb.

AzEdu.az xəbər verir ki, IAAR Avrasiya Universitetləri Reytinqi (IAAR-EUR) metodologiyası rəqəmsal platforma əsasında hazırlanıb. Reytinq universitetlərin fəaliyyətləri barədə təqdim etdikləri məlumatlar, eyni zamanda ekspert rəyləri əsasında müəyyən edilir. Reytinqdə akademik göstəricilər 70%, beynəlxalq ekspertlər tərəfindən ali təhsil müəssisələrinin reputasiyasının və işəgötürənlərin rəylərinin qiymətləndirilməsi 30% təşkil edir.

Beynəlxalq IAAR EUR Reytinqində əsas meyarlar təhsilin keyfiyyəti (20%), elmi potensial (30%), universitetin beynəlxalq təhsil məkanına inteqrasiyası (20%) və akademik reputasiyadır (30%).

 

 
TƏCİLİ! Ukrayna aman vermir - Rusiyaya ağır zərbələr endirilir
Son xəbərlərDaha çox