Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində tədbir keçirilib.
AzEdu.az xəbər verir ki, tədbirdə Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinin dekanı Ceyhun Məmmədov və universitetin tələbələri iştirak ediblər.
Elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək dörd il əvvəl “Gənc qızların təhsilinə dəstək” layihəsinin bir neçə sahibkar qadın və tələbənin iştirakı ilə həyata keçirilən təşəbbüs olduğunu xatırladıb. Qeyd edib ki, bu gün təqaüd yüzlərlə tələbəyə təqdim olunub. Onun sözlərinə görə, təqaüddən faydalanan xanımlar müxtəlif sahələrdə mütəxəssis olacaqlar. Nazir çıxışında qızların təhsilinin çox vacib olduğunu da vurğulayıb.
Sonda Qarabağ Universitetinin riyaziyyat müəllimliyi ixtisasının tələbəsi Ləman Əzimova və hüquqşünaslıq ixtisasının tələbəsi Aysel Mehralıyeva mükafatlandırılıblar.