Azedu.az

BANM-in tələbəsi beynəlxalq tədbirdə Azərbaycan həqiqətləri haqqında məlumat verib

Ali təhsil

12 Oktyabr 2024, 12:29
BANM-in tələbəsi beynəlxalq tədbirdə Azərbaycan həqiqətləri haqqında məlumat verib

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) biznesin idarə edilməsi ixtisasının IV kurs tələbəsi Maya Kərimova növbəti uğura imza atıb.

 

AzEdu.az AZƏRTAC-a istinadən xəbər ki, M. Kərimova BMT-nin Baş Qərargahında keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri” konfransında iştirak edib. Eləcə də “AFS Youth Assembly” təşkilatının nəzdindəki “International Youth Day Forum”da iştirak edən dörd azərbaycanlıdan biri olub.

 

M. Kərimova 150-dən çox ölkənin nümayəndələrinin bir araya gəldiyi mühüm bir platformada Azərbaycanın tarixi həqiqətləri və mədəni irsi haqqında məlumat verib.

TƏCİLİ! Ukrayna aman vermir - Rusiyaya ağır zərbələr endirilir
Son xəbərlərDaha çox