Azedu.az

BMU-nun kitabxanasına yeni vəsaitlər təqdim edilib

Ali təhsil

10 Oktyabr 2024, 16:44
BMU-nun kitabxanasına yeni vəsaitlər təqdim edilib

Bakı Mühəndislik Universiteti (BMU) kitabxana fondunun daha da zənginləşdirilməsi tədbirləri davam etdirilir.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, bu yöndə növbəti addım BMU və Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində atılıb.

 

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ayırdığı vəsait hesabına daha 34 ədəd yeni kitab (kitabların adları və müəllifləri) alınaraq BMU-nun kitabxanasına təhvil verilib. Bu dəyərli nəşrlərdən tələbələrlə yanaşı, gənc tədqiqatçılar, alimlər yararlana biləcəklər.

 

Qeyd edək ki, BMU-İNHA İDP çərçivəsində 2022-ci ildə 11 kitab, 2023-cü ildə 38 kitab ARDNF-in xətti ilə alınaraq universitetin kitabxanasına təqdim edilib və bu vəsaitlərdən İDP-nin 4 ixtisas istiqaməti (informasiya texnologiyaları, elektronika mühəndisliyi, elektrik mühəndisliyi, inşaat mühəndisliyi) üzrə tədris prosesində də geniş istifadə olunur.

Türkiyəyə şok PUA HÜCUMU - Ərazilər mühasirəyə alındı
Son xəbərlərDaha çox